Ermənistanda növbəti baş nazir seçkiləri mayın 8-də keçiriləcək – BU SƏFƏR DƏ BAŞ TUTMASA…

    12

    Hurriyyet.org xəbər verir ki, Ermənistan parlamentinin sədri Ara Babloyan ölkədə baş nazir seçkiləri barəsində bəyanatla çıxış edib. Baş nazir seçkilərinin birinci mərhələsi mayın 1-də keçiriləcək. Yeganə namizəd Nikol Paşinyan “Yolk” fraksiyası tərəfindən irəli sürülüb. Onun lehinə 45, əleyhinə 56 deputat səs verib və həmin tarixdə Paşinyan baş nazir seçilə bilməyib.

    Bu halda, Konstitusiyaya görə, 7 gündən sonra yeni seçkilər keçiriləcək. Həmin seçkilərdə deputatların ən azı üçdə birinin (35 nəfər) dəstəklədiyi şəxs namizədliyini irəli sürə bilər. 53 deputat “lehinə” səs verməsə, baş nazir seçilməyəcək və parlament buraxılmalı olacaq.

    Hurriyyet.org