Ermənistanda mer istefa verdi

    15

    Ermənistanın Qeqarkunik əyalətinin Vardenis şəhərinin meri Aram Arutyunyan tutduğu vəzifədən istefa verib.

    Bu barədə Vardenis meriyasının aparatından bildirilib.

    “Ötən axşam o, istefası barədə ərizə yazdı” – aparat rəhbəri deyib.

    Qeyd edək ki, Aram Arutyunyan hazırda Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın müvəqqəti hökumətinə müxalif mövqedə olan, ölkənin sabiq prezidenti Serj Sarkisyanın Respublikaçılar partiyasının üzvüdür. O, 2017-ci ilin 13 noyabrında Vardenisin meri vəzifəsinə seçilmişdi./Azvision.az/