Ermənistanda məhkəmə binası yaxınlığında atışma – Yaralanan var

    12

    Ermənistanın Sevan şəhər məhkəməsinin yaxınlığında atışma baş verib.

    Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, atışma nəticəsində bir nəfər xəsarət alıb.

    Qeyd olunur ki, atışma Geqarkunik vilayətinin qubernatoru Andranik Akopyanın oğlunun qətli ilə bağlı məhkəmə işi zamanı baş verib.

    Məlumata əsasən, ittiham olunan şəxsin qohumu qarşı tərəfin nümayəndələrinə atəş açıb.

    Yaralanan şəxsin vəziyyətinin ağır olduğu deyilir.