Ermənistanda Ali Məhkəmə Şurasına namizəd tribunadan yıxıldı – VİDEO

    18

    Bu gün Ermənistan parlamentinin növbədənkənar iclasında Ali Məhkəmə Şurasının üzvünün seçilməsi məsələsinə baxılıb.

    Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, Şura üzvlüyünə Anna Marqaryanın namizədliyi irəli sürülüb və o, çıxış etdikdən sonra tribunadan enərkən büdrəyib və yıxılıb.

    Parlamentin sədr müavini və bəzi deputatlar qadının köməyinə tələsiblər, lakin Anna Marqaryan özü ayağa qalxa bilib. Onun xəsarət almadığı bildirilir.

    Qeyd olunur ki, Marqaryanın namizədliyi parlamentdə üstünlüyə malik olan “Mənim addımım” fraksiyası tərəfindən irəli sürülüb.