Ermənistan sakinlərinə Azərbaycandan kütləvi şəkildə telefon zəngləri DAXİL OLUR

    33

    İyunun 20-də Ermənistanın bir çox sakini mobil telefonlarına Azərbaycan və Estoniya nömrələrindən zənglərin qəbul edildiyini bildirib.

    Virtualaz.org Ermənistan mətbuatına istinadən xəbər verir ki, informasiya təhlükəsizliyi sahəsində mütəxəssislərin fikrincə, bu zənglər, çox güman ki, dələduzluq məqsədilə edilir.

    “Yeganə təhlükə ondan ibarətdir ki, həmin nömrələrə geriyə zəng edərkən hesabınızdan pul silinə bilər”, – erməni ekspert Samvel Martirosyan deyib.

    Onun sözlərinə görə, bu yolla Ermənistan əhalisinə Azərbaycandan psixoloji təzyiqin edilməsi də istisna olunmur.