Ermənistan prezidenti Paşinyana qulaq asdı – 2 MƏMUR İSTEFAYA GÖNDƏRİLDİ

    15

    Ermənistan prezidenti Armen Sarkisyan ölkənin Baş Polis İdarəsinin rəisi Vladimir Qasparyanı və Təhlükəsizlik Xidmətinin direktoru Georgi Kutoyanı vəzifələrindən azad edib.

    Hurriyyet.org xəbər verir ki, A.Sarkisyan artıq bununla bağlı müvafiq fərman imzalayıb.

    Qeyd edək ki, bu gün səhər saatlarında baş nazir Nikol Paşinyan həmin şəxslərin vəzifədən azad edilməsi ilə bağlı A.Sarkisyana müraciət etmişdi.

    Xatırladaq ki, mayın 8-də parlament N.Paşinyanı Ermənistanın baş naziri seçib./trend/