Ermənistan parlamentinin işi İFLİC OLDU – VİDEO

    9

    Ermənstanda bu gün yenidən başlayan etiraz aksiyaları parlamentin işini bloklamağa müvəffəq olub.

    Hurriyyet.org xəbər verir ki, parlamentin spikeri Ara Babloyan cəmi 27 deputatın qeydiyyatdan keçdiyini bildirib.

    “Kvorum yoxdur. Milli Məclisin reqlamentinə əsasən, qeydiyyat deputatların lazımı sayının qeydiyyatına qədər davam edir”.

    Babloyan əlavə edib ki, bu müddət maksimum 4 saatdır.

    Qeyd edək ki, dünən parlamentdə baş nazir postuna seçkilər keçirilib. “Xalqın namizədi” adlandırılan Nikol Paşinyan baş nazir seçilməsi üçün lazım olan 53 səsi toplaya bilməyib. Qanuna əsasən, bir həftə sonra parlament yenidən baş naziri seçməyə çalışacaq, əks təqdirdə parlament avtomatik buraxılacaq./publika.az/