Ermənistan ordusu işğal altındakı Qarabağ torpaqlarında səngərbərkitmə və mühəndis işləri həyata keçirir.
Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, döyüş postlarında Günəş batareyaları quraşdırılmaqla yanaşı, texniki avadanlıqlar da quraşdırılır.
Fotoların cəbhənin Ağdam-Xocavənd istiqamətindəki postlardan birində çəkildiyi bildirilir.