Ermənistan Konstitusiya Məhkəməsinin hakiminin oğlu oğurlandı

    24

    Ermənistan Konstitusiya Məhkəməsinin hakimi Qrant Nazaryan 8 yaşlı övladının itkin düşməsi ilə bağlı müraciət edib.

    Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, uşağı 41 yaşlı keçmiş həyat yoldaşı Anna. N.-a verib.

    O isə uşağı naməlum istiqamətdə aparıb. Məhkəmə hakimi uşağının arvadı tərəfindən oğurlandığını bildirib. Faktla bağlı Ermənistan polisi araşdırmaya başlayıb.