Ermənistan-Azərbaycan sərhədini keçməyə cəhd edən 6 əcnəbi saxlanıldı

    9

    Ermənistan-Azərbaycan sərhədini keçməyə cəhd edən 6 əcnəbi saxlanılıb.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan özünün “Facebook” səhifəsində yazıb.

    Sərhədi keçməyə cəhd edən əcnəbilərin erməni hərbçiləri tərəfindən saxlanıldığı bildirilir. Hadisə ötən gecə baş verib.

    Məsələ ilə bağlı sorğuya cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən apa-ya bildiriblər ki, onlarda belə bir məlumat yoxdur.