“Azərkosmos” ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə idarəçilində olan “Azersky” peyki vasitəsilə Ermənistan Silahlı Qüvvələri tərəfindən təmas xəttində son günlər törədilmiş yanğınların monitorinqini aparıb.
Hurriyyet.org–un “Azərkosmos” ASC-nin saytına istinadən verdiyi məlumata görə, yanğınlar əsasən cəbhənin Ağdam rayonu istiqamətində baş verib.
İyunun 29-da Ağdam rayonunun işğal altında olan yaşayış məntəqələri üzrə ümimilikdə 280 hektar ərazinin yandığı aşkar edilib.
Yanğınların monitorinqi hazırda davam etdirilir.