Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində hərbi təlimlər keçirir

48

Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında hərbi təlimlərə başlayıb.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, təlim rayonun Uzundərə adlanan ərazisində aparılır.

Təlim zamanı ağır artilleriya qurğularından atılan mərmilərin səsi təmas xəttinə yaxın yaşayış məntəqələrindən eşidilir.

Hazırda təlim davam edir.