Erməni generallar İŞDƏN QOVULDU

    6

    Ermənistan prezidenti Armen Sarkisyan ölkənin hüquq-mühafizə orqanlarında çalışan yüksək çinli məmurları vəzifədən kənarlaşdırıb.

    Hurriyyet.org xəbər verir ki, AzVision.az "aysor.am”a istinadən verdiyi məlumata görə, prezidentin bu gün imzaladağı fərmana əsasən general-mayor Levon Eranosyan Ermənistanın polis qoşunlarının komandanı vəzifəsindən və polis orqanlarında xidmətdən xaric edilib.

    Armen Sarkisyanın digər fərmanına uyğun olaraq, general-leytinant Vardan Yegiazaryan Ermənistan polisi rəisinin müavini vəzifəsindən, həmçinin polis orqanlarından kənarlaşdırılıb.