Erməni əsgər çavuşa atəş açdı: Bir neçə saatdan sonra… – Qarabağda

    6

    Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə dislokasiya edilmiş hərbi hissəsinin əsgəri Volodya Qaloyanın həlak olması barədə xəbər vermişdik.

    Hurriyyet.org Teleqraf.com-a istinadən bildirir ki, sıravi hərbi qulluqçu olan Qaloyanın ölüm səbəbi bəlli olub.

    Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat kativi Naira Harutyunyan məlumat yayıb.

    Məlumata görə, 2000-ci il təvəllüdlü Volodya Hamletoviç Qaloyan xidməti yerində baş naryada (çavuş) ona təyin olunmuş “AK-74” avtomatı ilə atəş açıb. Lakin çavuşu vura bilməyib.

    Hadisədən dərhal sonra Qaloyan avtomatı götürərək döyüş mövqeyini tərk edib. Bu gün səhər saatlarında isə döyüş mövqeyindən 50 metr məsafədə onun cəsədi çənənin aşağı hissəsində güllə yarası ilə tapılıb. Avtomat cəsədin yanında olub.

    Məsələ ilə əlaqədar cinayət işi açılıb.