Postda duran erməni əsgəri: “Boş yerə ölmək istəmirəm”

    6

    “Erməni xalqının yeni düşməni peyda olub. Bu kriminal-oliqarx sistemdir. Hansı ki, iki onillik ərzində xalqı istismar edir. Bu sistem milli sərvətləri qəsb etdi. Lakin “dördgünlük müharibə” ictimai şüurda inqilabi dəyişikliyə səbəb oldu. İndi hakimiyyət xalqı birləşməyə dəvət edərək, təhlükəni özündən yayındırmaq istəyir. Elektrik və təbii qazın qiymətinin düşməsi, yaxud pensiya sisteminin təkmilləşməsi kimi gülməli şeylərdən danışırlar. Yəni sistem ictimai məsuliyyətdən və dəyişiklikdən qaçmağa çalışaraq, bəyin bahasına olursa-olsun öz mövqeyini kölgədə saxlamağa çalışır. Təhlükəli vəziyyət yaranıb, amma bu təhlükənin hədəfi sistemdir”, – deyə qeyd edib.