Sarkisyan Lukaşenko ilə Nazarbayevdən inciyib

    15

    erməni mətbuatına istinadən xəbər verir ki, Sarkisyan bu barədə Rusiyanın baş naziri Dmitri Medvedevlə Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən danışarkən söyləyib. O, açıq-aşkar Qazaxıstan və Belarus dövlətlərini Avrasiya İqtisadi İttifaqının sammitinin İrəvanda keçirilməsinə imkan verməməkdə ittiham edib: “Və əlbəttə ki, Dmitri Anatolyeviç, təəssüf edirəm ki, Avrasiya İqtisadi İttifaqının iştirakçı ölkələrindən olan bəzi tərəfdaşlarımız əvvəlcədən planlaşdırılmış tədbirdə iştirak etmək üçün İrəvana gəlməkdən imtina ediblər. Bununla onların Azərbaycana nə dərəcədə kömək etdiklərini anlamıram, amma təşkilatımızı nə qədər nüfuzdan saldıqları göz qabağındadır”.