Ermənistandan Rusiyaya təklif: xarici pasporta ehtiyac yoxdur

    6

    erməni mətbuatına istinadən xəbər verir ki, bundan sonra Ermənistan rəhbərliyinin təklifi ilə Rusiya federasiyası vətəndaşları Ermənistana ölkədaxili rus pasportları ilə gələ biləcəklər. Məlumatı dünən Ermənistanın baş naziri Ovik Abramyanla görüşdən sonra RF baş naziri Dmitri Medvedev mətbuata açıqlamasında verib: “Biz daha bir mövzunu müzakirə etdik. Erməni tərəfdaşlarımız bu ölkəyə səfər zamanı Rusiya vətəndaşlarının öz daxili pasportlarından istifadə etməsi təklifini verdilər. Bu təşəbbüs xalqlar arasındakı münasibətlərin xüsusi xarakterindən xəbər verir. Təbii ki, biz də bu təşəbbüsü reallaşdırmağa hazırıq”.