Ermənstan parlamentinin komissiya iclası cəmi 3-4 dəqiqə çəkib

69

Bu gün Ermənistan parlamentinin iqtisadi məsələlər üzrə komissiyasının iclasında maraqlı hadisə baş verib.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, iclasın cəmi 3-4 dəqiqə çəkməsi diqqət çəkib.

Komissiya sədri, hakim “Mənim addımım” blokundan deputat Babken Tunyan qarşıdan gələn parlament iclaslarının mövcud reallıqların nəzərə alınaraq qısa olmasını təklif edib.

Onun sözlərinə görə, bundan sonra qanunverici orqanın gündəliyində yalnız ən vacib məsələlərin müzakirəsi olacaq.
Beləliklə İqtisadiyyat komissiyası qaşrıda duran 4 məsələnin müzakirəsini 2 ay müddətinə təxirə salıb.