Vzqlyad, Rusiya 12.01.2021 Müəllif: Gevorq Mirzayan (Maliyyə Universitetinin dosenti) Statussuz və heç nə qaytarmadan Böyük ehtimalla, bu məsələ gələcək danışıqlarda da həllini tapmayacaq. Bir tərəfdən Ermənistan hakimiyyəti daxili siyasi səbəblərdən bu tələbdən əl çəkilmək istəmir. Digər yandan isə onun əlində İlham Əliyevi buna məcbur edəcək heç bir alət yoxdur. Odur ki, problem çox güman, özü-özlüyündə, hadisələrin gedişində həllini tapacaq. Bəlkə də bu, beş il sonra, yəni Azərbaycanın Rusiya sülhməramlılarının bölgədən çıxarılmasını tələb etməsindən və “DQR”in qalan ərazisini də güc hesabına ələ keçirməsindən sonra baş verəcək… Məsələn, İlham Əliyevin erməni hərbi əsirlərini qaytarması məsələsi. Söhbət azərbaycanlıların əlində olan və çoxsaylı videolardan göründüyü kimi, sadəcə ələ salınan əsirlərdən gedir. Atəşkəs razılaşmasının bəndlərindən birinə görə, Bakı onları qeyd-şərtsiz Ermənistana verməlidir. Lakin İlham Əliyevin bu bəndə öz yanaşması var. Onun fikrincə, ələ keçirdikləri ermənilərin bir qismi hərbi əsir yox, terrorçudur. Çünki onlar azərbaycanlıların əlinə atəşkəs razılaşmasından sonra keçib. Azərbaycan onların üzərində nümunəvi məhkəmə keçirmək niyyətindədir. Moskva danışıqları zamanı Nikol Paşinyanın yalvarışları da İlham Əliyevi həmin insanları qaytarmağa razı sala bilməyib. “Bu gün biz ən həssas məsələ olan hərbi əsirlər problemini həll edə bilmədik. Razılaşdıq ki, bu istiqamətdə danışıqları davam etdirəcəyik”, – deyə Ermənistanın baş naziri bildirib. Bəli, söhbət ilk növbədə Azərbaycanın əsas hissəsini Ermənistanın o tayında yerləşən Naxçıvan eksklavı ilə birləşdirəcək nəqliyyat dəhlizindən gedir. Bu dəhlizin yaradılması ilə bağlı şərtlərsə hələ razılaşdırılmayıb. Məsələn, yolun (həm avtomobil, həm də dəmir yolunun) keçəcəyi ərazi kimə məxsus olacaq? Bunun müəyyən olunmaması Ermənistan əhalisi arasında narahatlıq doğuran çoxsaylı ehtimallara yol açır. Qarabağın təhvil verilməsindən narazı olan insanlar hesab edirlər ki, artıq Paşinyan Ermənistan ərazisinin də bir hissəsini Əliyevə verməyə hazırdır. İlk baxışdan Paşinyan tam haqlıdır. Malların daşınması üçün ən ucuz yol dəmir yoludur. Lakin bu gün Ermənistanın ən vacib iqtisadi-ticari tərəfdaşı olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Gürcüstan üzərindən dəmir yolunun çəkilməsi planlarını reallaşdırmaq mümkün deyil, çünki Moskva və Tbilisi yolun Abxaziyadan keçən hissəsinin statusu ilə bağlı razılığa gələ bilmir. Azərbaycan vasitəsilə əqalənin yaradılması isə əlbəttə ki, Ermənistan iqtisadiyyatının inkişafına təkan verəcək və bu da öz növbəsində, onun təhlükəsizliklə bağlı imkanlarını artıracaq. Lakin burada iki “əmma” var və yeni yaradılan “üçtərəfli qrup” bu “əmma”lara aydınlıq gətirməlidir. Birincisi, böyük hissəsi sökülmüş və ya yararsız halda olun bu yolu kim və kimin pulu ilə tikəcək? İkincisi, Azərbaycan onun toxunulmazlığını necə təmin edəcək? Nəhayət, o, yolu bağlamayacağına dair öhdəlik götürəcəkmi? Hər kəsə lazımdır? Yəqin ki, “qonşu ölkələr” dedikdə o, İran və Türkiyəni nəzərdə tutur. “Üçtərəfli qrup”a daxil olmayan bu iki ölkə də qrupun fəaliyyətinin nəticələrinə böyük maraq göstərir. Məsələn, İkinci Qarabağ müharibəsinin nəticəsindən son dərəcə qayğılanan Tehran “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində əlavə imkanlar əldə edəcək. Qarabağla bağlı danışıqlar formatına daxil ola bilmədiyindən narahat olan Ankara isə Rusiya bazarına və Xəzər dənizinə qədər uzanan dəmir yoluna çıxış əldə edir. Lakin çox vaxt siyasi məqsədəuyğunluq ölkələrin həm özünün, həm də qonşularının maraqlarına üstün gəlir. Məhz bu səbəbdən Ermənistan-Azərbaycan işbirliyi ilə bağlı bütün məsələlər sözügedən “üstərəfli qrup”da dəqiq işlənməlidir. Bu, təkcə respublikalara yox, həm də Rusiyaya lazımdır. Moskva istəmir ki, Dağlıq Qarabağ münaqişəsini həll etdikdən sonra kənar oyunçuların onu yenidən alovlandırmaq imkanı olsun. Nə ABŞ, nə Avropa, nə də Türkiyənin. Demək, Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan (və ya onun xələfi) hələ çox görüşməli olacaqlar. (Rus dilindən tərcümə – WorldMedia.Az) |
Mənbə: Vzqlyad