Ermənistanın yeni Xarici İşlər naziri: “Dağlıq Qarabağın müstəqilliyini tanıya bilərik”

1293

Bakı Dağlıq Qarabağın statusun müəyyənləşdirilməsinə dair danışıqlara razı olmazsa, İrəvan bölgənin müstəqilliyinin tanınması prosesinin mümkünlüyünü nəzərdən keçirəcək”.

Ermənistan Xarici İşlər Naziri Ara Ayvazyan Fransanın “Le Monde” nəşrinə verdiyi müsahibəsində belə deyib.

Bir çox insanın Dağlıq Qarabağın statusu mövzusunun hərbi güc tətbiq edərək gündəmdən çıxarıldığını düşündüyünü söyləyən nazir bunun səhv yanaşma olduğu qənaətindədir:

“Minsk Qrupu həmsədrləri Qarabağın statusu məsələsinin danışıqların gündəliyində qaldığını təsdiqlədi”, – erməni nazir müsahibəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona son səfərlərini şərh edərkən belə deyib. \\Ovqat.com