Ermənistanın “Vətən” muzdlu dəstəsi darmadağın edilib

66

Ermənistandan Qarabağ bölgəsinə göndərilən muzdlulardan ibarət “Ayrenik” (“Vətən”) silahlı dəstəsi Azərbaycan Ordusu tərəfindən darmadağın edilib.

“Report” xəbər verir ki, məlumatı Ermənistanın Vətən Partiyası yayıb.

Bildirilib ki, döyüş nəticəsində onların bir çoxu yaralanıb. Ölənlərin olduğu istisna edilmir.

Qeyd edək ki, Vətən Partiyasının sədri Artur Vanesyan 2018-ci il mayın 10-dan 2019-cu il sentyabrın 16-dək Ermənistan Milli təhlükəsizlik Xidmətinin direktoru vəzifəsində çalışıb. Hadisələrdən əvvəl Vanesyan Ermənistanın baş naziri Nikol Paşiyanın istefasını tələb edib.