“Ermənistanın törətdiyi barbarlıq və vandalizm beynəlxalq məhkəmə vasitəsi ilə təzminat istəniləcək” –

240

“Ərazini tərk edən zaman hətta hamam avadanlıqlarını özləri ilə aparması onların acizliyinin və necə acınacaqlı vəziyyətdə yaşadıqlarının göstəricisidir”

“Ermənistanın Kəlbəcərdə törətdiyi barbarlıq və vandalizm olmaqla yanaşı, bu rayonumuza vurulan ziyana görə də beynəlxalq məhkəmə vasitəsi ilə təzminat istəniləcək”. Hurriyyet.org xəbər verir ki, bunu iqtisadçı ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, 27 il işğal altında olan rayonumuzda qeyri-qanuni məskunlaşan ermənilərin ərazini tərk edən zaman hətta hamam avadanlıqlarını özləri ilə aparması onların acizliyinin və necə acınacaqlı vəziyyətdə yaşadıqlarının da göstəricisidir: “Doğrayaraq Ermənistana daşıdıqları meşələrdə əksəriyyəti 100 illik qədim ağaclardır. Bu Ermənistanın 27 il işğal altında saxladıqları bütün digər ərazilərimizdə olduğu kimi Kəlbəcərdə də necə ekoloji soyqırım etdiyini göstərir. Yandırdıqları evlərin çoxları işğaldan əvvəl bizlərin inşa etdiyimiz tikililərdir. Bütün bunlara rəğmən, Azərbaycan tezliklə bərpa və quruculuq mərhələsinə qədəm qoyacaq”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org