Ermənistanın təhlükəsizlik xidmətinin keçmiş rəhbəri saxlanılıb

240

Hurriyyet.org xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının lideri Artur Vanetsyan MTX tərəfindən saxlanılıb.

O, qanuna zidd şəkildə kütləvi toplaşmaların keçirilməsini təşkil eləməkdə şübhəli bilinir. Bu barədə açıqlamanı partiyanın nümayəndəsi Vardan Voskanyan verib.