Emin Əmrullayev: “50-yə yaxın məktəb də yararsız vəziyyətə düşüb”
Sentyabrın 27-dən indiyədək Ermənistanın təcavüzü nəticəsində 9 şagird həlak olub, 50-yə yaxın məktəb yararsız vəziyyətə düşüb.
Bu sözləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirilən brifinqində deyib.
Nazir erməni terroru nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib.