“Ermənistanın Rusiyaya iradları əsassızdır” – Dmitri Peskov

330

Qarabağ məsələsində Ermənistana lazımi dəstək verməməklə bağlı Rusiyaya yönələn iradların heç bir əsası yoxdur”.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov KTMT çərçivəsindəki öhdəliklərini unutmadıqlarını vurğulayıb.

Kreml rəsmisi həmçinin həm Ermənistanla, həm də Azərbaycanla mehriban münasibətlərə dəyər verdiklərini, buna görə də Dağlıq Qarabağ münaqişəsində qərəzsiz mövqe tutduqlarını qeyd edib.

Mətbuat katibinin dediyinə görə, Rusiya Qarabağa yalnız qarşı duran tərəflərin razılığı ilə sülhməramlı hərbçilərini yeritmək hüququna malik olub.