Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəisi istefa verdi

45

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Eduard Martirosyan istefa ərizəsi yazıb.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, ərizəsini prezident Armen Sarkisyana təqdim edib.

Bir ay əvvəl Martirosyanın istefası ilə bağlı mətbuatda xəbərlər yayılsa da, qurum tərəfindən təsdiqlənməmişdi.

Martirosyanın Arqişti Xaramyanın müavin təyin edilməsinə qarşı olduğu bildirilirdi. Lakin xidmət rəhbəri bunu təkzib edib.

İndi isə söhbət koronavirusla əlaqədar vəziyyətdən gedir. Ötən gün baş nazir Nikol Paşinyanın təhlükəsizlik qüvvələrinin ölkədə sanitariya normalarına uyğunluğunu təmin edə bilmədiyi üçün MTX direktoru və polis rəisi ilə sərt söhbətlər aparması barədə məlumatlar yayılıb.

Qeyd edək ki, 19 sentyabr 2019-cu ildən Artur Vanetsyan vəzifədən getdikdən sonra Martirosyan MTX-nin rəhbəri vəzifəsini icra edib, daha sonra prezident Armen Sarkisyan onu bu posta təyin edib.