“Ermənistanın məqsədi müharibəyə Rusiya və Türkiyəni cəlb etməkdir” – NATİQ CƏFƏRLİ

16

“Rəsmi açıqlamalardan məlum oldu ki, hədəf sülh danışıqlarını Şuşada aparmaqdır”

“Rusiyanın hərbi təlimləri təhdid kimi görünür, amma gəlin dərindən düşünək. Nə edəcək? Gəmi ilə gəlib işğal edəcək Bakını? Təbii ki, yox. Rusiyaya hörmətimiz var, amma artıq 20-ci əsr deyil ki, gəmiyə, tanka minib Praqaya, Budapeştdə girəsən”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərliyə məxsusdur.

Politoloqun sözlərinə görə, Ermənistan dünya ölkələrinə müraciət edib ki, Qarabağın “müstəqilliyini” tanıyın: “Səy blefdi, qayıdıb adama deyərlər ki, belə asandırsa elə birinci özün tanı da, ay əbləh. Ermənistan Naxçıxıvana raket atıb. Qələt edib, amma məqsədi aydındır, müharibəyə birbaşa Rusiya və Türkiyəni cəlb etmək istəyir. Deməli, “it hürər, amma Ordu karvanı Qarabağda gedər”. Bu gün rəsmi açıqlamalardan məlum oldu ki, hədəf sülh danışıqlarını Şuşada aparmaqdır. Artıq masada ancaq Şuşa prinsipləri olmalıdır”. REAL-ın icra katibinin fikrincə, 20 günlük əks-hücum əməliyyatı sübut etdi ki, Azərbaycan 21-ci əsrin müharibəsinə hazırlaşdığı halda, Ermənistan “udduğunu” sandığı 20-ci əsrin müharibəsinə hazırlaşaraq 90-cı illərdə qalıbmış: “Allah Əsgərimizi, Ordumuzu qorusun!”

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org