Ermənistanın İqtisadiyyat naziri: “Azərbaycan və Türkiyə mallarını almasaq, inflyasiya ilə üzləşəcəyik”

648

Hurriyyet.org xəbər verir ki, Ermənistanın İqtisadiyyat naziri Vaan Kerobyanın sözlərinə görə, satılan malların üzərində “Azərbaycanda istehsal edilib” etiketi olmasa, ölkədə 10%-li inflyasiya baş verə bilər.

Bu günlərdə ermənilərə məxsus Telqram kanallarından birində Ermənistanda Azərbaycan istehsalı olan “Sandora” şirələrinin satıldığı xəbəri yayılmışdı.

Ermənistanın İqtisadiyyat naziri Vaan Kerobyan jurnalistlərin suallarını cavablandırarkən bunun erməni bazarında yenilik olmadığını, ölkədə həmişə çox sayda Azərbaycan və Türkiyə mallarının satışda olduğunu bildirərək əlavə edib: “Əgər biz üzərində Azərbaycan istehsalı olduğu yazılan malları almasaq, 10 faizlik inflyasiya ilə qarşılaşa bilərik. Çünki o halda “Koka-kola”, “Sandora” və bu kimi digər şirkətlər həmin məhsullar üçün əlavə xərc çəkməli olacaqlar”.