Ermənistanın eks-naziri axtarışa verildi

291

Ermənistanın keçmiş mədəniyyət naziri Asmik Poqosyan axtarışa verilib.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Teleqram kanalları yayıb.

Məlumata görə, o, vəzifə səlahiyyətlərindən sui-istifadədə və çirkli pulların yuyulmasında ittiham olunub.

Qeyd edək ki, Asmik Poqosyan 2007-ci ildən 2016-cı ilə qədər mədəniyyət naziri vəzifəsini icra edib.