“Ermənistanın Azərbaycanla müharibə aparmağa nə iqtisadi imkanları, nə də mənəvi gücü var” – HİKMƏT ƏRƏN

69

Dünya dövlətləri və beynəlxalq təşkilatlar yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə təsirli nəticəyə qazanmaq üçün əməkdaşlıq və həmrəylik tədbirlərinə qoşulduğu bir dövrdə təcavüzkar Ermənistanın Azərbaycana qarşı hərbi hücumlar həyata keçirməsi bu dövlətin terrorçu mahiyyətini, ölkənin hərbi-siyasi rəhbərliyinin cinayətkar xislətini ortaya qoyur.

Hurriyyet.org xəbər verir ki, bu fikirləri Türkiyədə fəaliyyət göstərən Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri (EkoAvrasya) və eyniadlı jurnalın baş redaktoru, iqtisadi məsələlər üzrə tanınmış ekspert Hikmət Ərən ifadə edib.

Ermənistanın sosial-iqtisadi vəziyyətinin acınacaqlı olduğunu diqqətə çatdıran ekspert deyib: “Tarixdə çirkin əməlləri, beynəlxalq hüquq qarşısında ağır cinayətləri ilə yadda qalan erməni millətçiləri yenə də terrorçuluq fəaliyyəti ilə türklərə düşmənçilik etməkdədir. Təəssüf ki, insan haqları adı altında öz niyyətlərinə çatmaq istəyən böyük dövlətlər və beynəlxalq təşkilatlar Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi cinayətlərə lazımi reaksiya göstərmir. Sadəcə, yumşaq formada qınamaqla işğalçı tərəfi öz cinayətlərini genişləndirməyə həvəsləndirir. Azərbaycan Silahlı Qüvvələri işğal altındakı torpaqlarını azad etmək üçün bütün imkanlara malikdir. İşğal olunmuş torpaqları azad etmək hüququ Azərbaycanın beynəlxalq səviyyədə tanınan haqqıdır”.

Türkiyənin dövlət səviyyəsində Azərbaycanla birlikdə olduğunu diqqətə çatdıran Hikmət Ərən əminliklə bildirib ki, işğalçı Ermənistanın Azərbaycanla müharibə aparmağa iqtisadi imkanları, əhalisinin bu məkrli plana mənəvi həvəsi və gücü yoxdur.

Hurriyyet.org