Ermənistanın ədliyyə naziri Qarabağ döyüşlərinə qatılmaqdan imtina etdi

243

Ermənistanın məhkəmə sistemində çalışan 85 nəfər bu gün döyüşlərdə iştirak edir.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin məhkəmə departamentinin rəhbəri Karen Poladyan erməni mediasına açıqlamasında bildirib.

Ermənistanın ədliyyə naziri Rustan Badasyan isə açıq şəkildə Qarabağdakı döyüşlərdə iştirakdan imtina edib. Bildirib ki, cəbhəyə getməyi planlaşdırmır.
“Mənim belə bir planım yoxdur”,-deyə nazir jurnalistlərin ön cəbhəyə gedib-getməyəcəyi barədə sualına cavabında deyib.

Ardınca da əlavə edib ki, ehtiyac yaranarsa, vətəni qorumağa hazırdır.

Görünən budur ki, Qarabağdakı terrorçu rejimin “rəhbər” şəxslərinin Xankəndindən qaçması, çoxsaylı itkilər artıq Ermənistandakı məmurları da ehtiyatlı davranmağa sövq edir. Müharibənin ilk günlərində cəbhəyə can atan Ermənistan məmurları artıq “ehtiyac yaranarsa” deyib, döyüşdən yayınmağa üstünlük verirlər.