Ermənistandan Mingəçevirə ballistik raket buraxıldı, məhv edildi (VİDEO)

63

Ermənistan öz ərazisindən Azərbaycanın Mingəçevir şəhərinə NATO kod adlı “SCUD” ballistik raketini buraxıb.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki hesabında paylaşım edib.

“Raket S-300 Hava Hücumundan Müdafiə Qüvvələrimiz tərəfindən məhv edilib. Raketin buraxılma anında təhqiramiz ifadələr səslənir. Ermənistanın dövlət terroruna son qoyulmalıdır. Bu video Ermənistandandır”.              //Hit