Ermənistandan Mingəçevirə atılan raket göydə məhv edildi

117

Ermənistandan Mingəçevir istiqamətində atılan daha bir raket məhv edilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmənin Mingəçevir istiqamətinə atdığı raket göydə vurulub. Ermənistan ərazisindən Mingəçevir istiqamətdə atılan ballistik hədəf Azərbaycan HHM sistebmləri tərəfindən aşkar edilərək 20 kilometrdən artıq hündürlükdə məhv edilib.