Ermənistandakı ali məktəblər də Nikola QARŞI ÇIXDI

336

İrəvan Dövlət Universitetinin həmkarlar ittifaqı universitetin bütün əməkdaşlarını dekabrın 22-də tətil etməyə və Ermənistan Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyalarına qoşulmağa çağırıb.

Bu barədə erməni mətbuatı məlumat yayıb.

Həmkarlar ittifaqı universitet rəhbərliyini etiraz aksiyalarına qoşulmağa qərar verən işçilərə mane olmamağa çağırıb.

Bundan başqa, İrəvan Dövlət Tibb Universiteti və Markaryan adına İrəvan xəstəxanası da dekabrın 22-də keçiriləcək tətilə qatılacaqlarını açıqlayıb. \\Axar