“Ermənistanda siyasi burulğanlar başlayacaq”

201

Fəzail Ağamalı: “Ermənilər atəşkəsdən istifadə edib, özlərinin məkrli planlarını həyata keçirməyə çalışırlar”

“Tezliklə Laçın koridorunu ələ keçirərək, Şuşanı azad etməliyik…”

“Məğlub ölkə olan Ermənistan acınacaqlı vəziyyətdədir. Hərbi stuktur tamamilə dağıdılıb. Ruh düşkünlükləri göz önündədir. Hərbi texnikaları darmadağın edilib.  İqtisadi və sosial vəziyyətləri əvvəl olduğu kimi gərgin olaraq qalır. Artıq, cəbhədə sursat və ərzaq ehtiyyatları təmin edilmir. Belə olan halda da Ermənistanın məğlubiyyəti qaçılmazdır və göz önündədir”. Bunu Hurriyyet.org-a müsahibəsində Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib. O, Ermənistanda siyasi burulğanlar başlayacağını bildirir:

– Fəzail bəy, sizcə, Cenevrə görüşünün nəticəsi Moksva və Vaşinqton görüşlərinin yekunundan müsbət mənada fərqlənəcəkmi?

– ATƏT-in Minsk Qurupunun həmsədrləri səviyyəsində aparılan növbəti görüş baş tutub. Mən, şəxsən bu görüşdən heç nə gözləmirəm. ATƏT-in Minsk Qurupunun həmsədrləri öz fəaliyyətləri ilə Ermənistanın işğalçılıq siyasətini müdafiə edir, onlara situmul verirlər. Nəticədə, təcavüzkara geniş imkan yaradırlar. Mən, bunu dəfələrlə demişəm. Bu, bütün görüşlərdən sonra özünü təsdiq edib. Silahlı Qüvvələrimiz sentyabrın 27-də əks-hücuma keçdikdən sonra, yenə də ATƏT-in Minsk Qurupunun həmsədrləri hərəkətə keçdilər. Ən çox da Fransa prezidenti Makron ermənilərə dəstək verməkdə xüsusi fəallıq göstərdi. Özünün faşist mahiyyətini və ədalətdən uzaq düşüncələrini ortalığa qoyub. Neytrallıq mövqeyi nümayiş etdirmək əvəzinə, açıq şəkildə Ermənistanın yanında oldu. Əvvəlcə, dedilər atəşkəs olsun. Biz də bununla razılaşdıq. Buna baxmayaraq, Ermənistan atəşkəsi kobudcasına pozdu. Moskvada da atəşkəslə bağlı razılığa gəldilər. Bu dəfə də Ermənistan atəşkəsi pozdu. Eyni zamanda ABŞ dövlət katibi səviyyəsində atəşkəsə çağırış edildi. Buna baxmayaraq, Ermənistan atəşkəsi hər zaman olduğu kimi pozmağa davam etdi. Ermənistan mübarizəni cəbhə bölgəsində deyil, münaqişə zonasından çox uzaqda yerləşən və hərbi mərkəz sayılmayan Gəncə şəhərini raket atəşinə məruz qoydu. Nəticədə, çox sayda mülki insan həlak oldu. Eyni qaydada, Bərdə şəhəri də raket zərbələrinə tutuldu və xeyli sayda insan həlak oldu. Ermənistanın əsl siması budur. Əgər beynəlxalq güclər Ermənistanın bu cür vandal davranışına “dur!” demirlərsə, bu görüşlərin nə əhəmiyyəti var? Sadəcə olaraq, görüşlərin əsas məqsədi Azərbaycana müxtəlif formalarda təzyiq göstərməkdir. Nəticədə, Azərbaycanı və Ermənistana atəşkəsi dayandırın kimi çağırışlar ediləcək. Mülki insanların hədəf alınmasını əsas gətirib, bizi atəşkəsə əməl etməyə çağıracaqlar. Silahlı Qüvvələrimizin apardığı Vətən müharibəsini dayandırmaq kimi tələblər səsləndiriləcək. Əsl niyyətləri də budur. Təəssüflər olsun ki, bu görüşlərlə bağlı dediyim fikirlər təsdiqini tapıb. ATƏT-in Minsk Qurupunun təşkilatçılığı ilə Cenevrədə keçirilən görüşdən də heç bir nəticə gözləmirəm. Bu, o vaxt nəticə verə bilər ki, ATƏT-in Minsk Qurupu Ermənistana işğalçı olduğunu bildirsin və torpaqlarımızdan ermənilərin qeyri-şərtsiz çıxarılmasını tələb etsin. Eyni zamanda, mülki əhalini dağıdıcı raketlərlə öldürülməsinə və ümumilikdə erməni terroruna son qoyulsun. Əgər, bu sərt mövqe qoyularsa, Cenevrə görüşündən nəticə gözləyə bilərik. Bu tələblər qoyulmarsa, nəticə də gözləməyə dəyməz. Mən həmişə demişəm ki, bizim işağalda olan torpaqlarımızın azad olunması igid əsgər və zabitlərimizin şücaətindən keçir.

– Sizcə, bundan sonra Ermənistanda vəziyyət hansı məcrada davam edə bilər?

– Hər halda məğlub ölkə olan Ermənistan acınacaqlı vəziyyətdədir. Hərbi stuktur tamamilə dağıdılıb. Ruh düşkünlükləri göz önündədir. Hərbi texnikaları darmadağın edilib.  İqtisadi və sosial vəziyyətləri əvvəl olduğu kimi gərgin olaraq qalır. Artıq, cəbhədə sursat və ərzaq ehtiyyatları təmin edilmir. Belə olan halda da Ermənistanın məğlubiyyəti qaçılmazdır və göz önündədir. Nəticədə, Ermənistanda siyasi burulğanlar başlayacaq. Artıq bunun işartıları da görünmək üzrədir. İndiki vəziyyətdə Ermənistanda Paşinyana qarşı Daşnak-sütyunla Respublikaçılar partiyası birləşsə və Paşinyanı hakimiyyətdən devirsələr, çətin durum yarana bilər. Buna baxmayaraq, biz həmin keçid imkanlarından istifadə edib, sona qədər mübarizəmizi aparmalıyıq. Bizim qəhrəman ordumuz zəfər yürüşünü davam etdirməlidir. Bir saat belə dayanmamalıyıq. Ermənistanın və onu himayə edənlərin məkirli yanaşmalarına inanmalı deyilik. Biz hər saat və hər gün qələbələrin üstünə qələbə gətirməliyik. Tezliklə Laçın koridorunu ələ keçirərək, Şuşanı azad etməliyik. Düşmənin təslim olması üçün bütün addımları atmalıyıq. Əgər təslim olmasalar, düşmən son əsgərinə qədər məhv edilməlidir və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır.

Azərbaycan 90-cı illərin əvvələrindəki Azərbaycan deyil. O zaman sadəlöv dövlət başçılarının zamanında ermənilər atəşkəsə bu və ya digər şəkildə başqa dövlətlərin əliylə nail olmaqla, Azərbaycanın torpaqlarını işğal edib. Xocalı soyqrımı və Şuşanın işğalı bu baxımdan törədilib. Köçəryan özünün kitabında bildirdiyi kimi Zəngilanın işğalı atəşkəs dövründə baş tutdu. Bunlar atəşkəsdən istifadə edib, özlərinin məkrli planlarını həyata keçirməyə çalışırlar. Son vaxtlar bu baxımdan ATƏT-in Minsk Qurupunun həmsədrlərinin himayəsindən istifadə edirlər. İndi isə Azərbaycanın dövlət başçısı dünya səviyyəli liderdir. Ölkə başçısı ermənilərin bütün fəaliyyətlərini dərindən öyrənən və onu analiz edib nəticə çıxardan uzaqgörən siyasətçidir. Son vaxtlar ermənilər atəşkəsə nail olmaq istəyini ortalığa qoyub, bundan istifadə etməyə çalışsalar da, ölkə prezidentinin son dərəcə çevik davranışları ilə Ermənistanın hiyləgər planları alt-üst olur. Düşünürəm ki, bundan sonra da bütün bunlar nəzərə alınacaq.

– Ermənistan mülki əhalimizi hədəfə alır və həmişə KTMT-yə üzvlüyünü qabartmağa çalışır. Ümumiyyətlə, bu qurumun proseslərə müdaxilə ehtimalını görürsünüz?

– Azərbaycanın mülki əhalisini hədəfə almaq və görülməmiş vəhşilik törədərək dinc sakinləri qətlə yetirilməsi ermənilərin mahiyyətindən irəli gəlir. Bu addımları əsl ermənilikdir. Bu dünyanın yeganə vəhşi etnosudur ki, bu cür davranışlarını özünün həyat tərzinə çeviribdir. Görün, hansı xalqda bu qədər terror təşkilatı var… Ən çox terrorla məşğul olan və bu baxımdan müxtəlif tipli təşkilatlar yaradan ancaq ermənilərdir. Digər tərəfdən, onlar çalışır ki, Rusiyanı müharibəyə cəlb etsinlər. Ola bilsin, Rusiyanın özünün də arzu-istəyi olsun ki, müharibəyə cəlb olunsun. Rusiya strateji maraqları baxımından təkcə diplomatik  deyil, hərbi-müstəvidə də münaqişə cəlb edilməsini istəyər. Lakin Azərbaycana ona heç bir əsas vermir. Düşünürəm ki, Ermənistan istədiyini həyata keçirdə bilmir. Azərbaycan ərazisi  Ermənistan ərazisindən raket atəşinə məruz qalır və nəticədə mülki insanlar həlak olur. Bu baxımdan, Azərbaycanın Silahlı Qüvvələri Ermənistan ərasindəki Azərbaycan üçün təhülkə sayıla biləcək hərbi texnikaları vura bilər. Bununla bağlı bir addım da artıq atılıb. Bu, Kəlbəcərlə sərhəd zonada həyata keçirilib və düşmənin raket kompleksi məhv edilib. Biz müharibənin son mərhələsindəyik deyə, artıq Ermənistan diz çöküb. Düşünürəm ki, ölkə başçısı doğru addım atır. Təmkin nümayiş etdirir. Əlbəttə ki, mülki əhalinin həlak olması ağrılıdır. Ancaq, bu müharibədir. Müharibədə hər şeyi nəzərə almaq lazımdır.  Təbii ki, onların bu vəhşiliklərinin qisası döyüş meydanında yüz qat alınır.  Müharibənin miqyasını genişləndirməmək, Rusiyada hakimiyyətdə olan erməni lobbisinin və  Jirnoviski kimi adamın arzu-istəklərini reallaşdırmamaq üçün bütün diqqəti döyüş cəbhəsinə yönəltməliyik. Döyüş meydanında intiqamımızı almalıyıq və alacayıq. Tezlikə, ermənilərin ağ bayraq qaldırmasını cəbhədə təmin etməliyik.

YƏHYA