Ermənistanda Paşinyanın istefası tələbilə mitinqi KEÇİRİLƏCƏK

201

Ermənistanın siyasi partiyaları noyabrın 11-də Yerevanın mərkəzində yerləşən Azadlıq Meydanında mitinq keçirəcək.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, saat 13:00-da baş tutacaq mitinq zamanı 17 siyasi partiyanın tərəfdarları iştirak edəcək.

 

Mitinqdə Nikol Paşinyanın istefası və Qarabağda yaranmış durumla bağlı siyasi partiya liderlərinin təklifləri müzakirə olunacaq.