Ermənistanda Paşinyan hökuməti ilə müxalifət ayrılıqda matəm yürüşlərinə başladılar – toqquşma gözlənilir

576

Hurriyyet.org xəbər verir ki, bu gündən etibarən Ermənistanda Dağlıq Qarabağda ölmüş erməni hərbçiləri üçün üçgünlük ümummilli matəm başlayıb.

Ermənistan hakimiyyəti müharibə zamanı 3 min nəfərə yaxın erməni əsgərin həlak olduğunu bildirib.

Şənbə günü 13.00-da Respublika meydanından başlanan matəm yürüşünə Baş nazir Nikol Paşinyan başçılıq edir.

Müxalifət isə Azadlıq meydanından Erablura doğru başqa bir yürüş təşkil eib. Onlar Qarabağda işğalçıların məğlubiyyətinin və itkilərin əsas səbəbkarının Paşinyan olduğunu iddia edirlər və Paşinyanın matəm tədbirində iştirakına imkan verməyəvəklərini bildiriblər. Bu isə müxalifətlə polis arasında müəyyən gərginlik və toqquşmalara səbəb ola bilər.