Ermənistanda parlamentin keçmiş vitse-spikeri də daxil olmaqla müxalifət liderləri həbs olunurlar

234

Hurriyyet.org xəbər verir ki, Ermənistanda parlamentin keçmiş vitse-spkeri, Respublika partiyasının icraiyyə orqanının üzvü Eduard Şarmazanov saxlanılıb. O, Baş nazir Nikol Paşinyanın istefa verməsinin tələb olunduğu mitinqdə iştirak edib.

Çərşənbə günü müxalifət Hökumət Evi ilə Parlamentin binaları qarşısında “Nikol – xaindir!” şüarı səslənən etiraz nümayişi keçirilib. Bundan sonra respublikanın xüsusi istintaq xidməti hərbi vəziyyət dövründə qanunsuz aksiyalar keçirmək ittihamı ilə cinayət  işi açıb. Tutulub saxlanılanlara iki aya qədər həbs cəzası verilə bilər.

Tutulanlar arasında Eduard Şarmazanov, İşxan Saqatelyan (Daşnaksütun partiyasının lideri) var. Bütün fəal siyasi liderlər həbs edilir.