Ermənistanda növbəti istefa gözlənilir

168

Hurriyyet.org xəbər verir ki, “Arakelutyun” partiyasının lideri, Baş nazirini müşaviri Mesrop Arakelyan jurnalistlərə müsahibəsində Əmək və Sosial Məsələlər naziri olacağını bildirib: “Mənə nazirliyə başçılıq eləməyi təklif ediblər, mən də bu postu tutmağa razı oldum”.

Lakin Əmək Nazirliyində indiki nazir Zarui Batoyanın istefası barəsində heç bir məlumat yoxdur və mətbuata açıqlamada onun istefa ərizəsi vermədiyi bildirilib.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan, Fövqəladə Hallar naziri Feliks Çolakyan istefa veriblər. Bu gün isə mətbuatda Müdafiə naziri David Tonoyanın vəzifədən gedişi barəsində xəbər yayılıb.