Ermənistanda koronavirusdan ölənlərin sayı 1157-yə çatdı

102

Ermənistanda son sutka ərzində daha 2213 nəfərdə koronavirusa yoluxub.

Hurriyyet.org-,un məlumatına görə, Ermənistanda koronavirusa yoluxanların sayı 75 min 523 nəfərə çatıb. 12 nəfər vəfat edib.

Bununla da koronavirusdan ölənlərin sayı 1157-ə çatıb.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.

YƏHYA