Ermənistanda kişilərin ölkədən çıxışı qadağan edildi

81

Hurriyyet.org xəbər verir ki, Ermənistanda mövcud olan hərbi vəziyyətlə əlaqədar 18-55 yaş arasında kişilərin ölkədən çıxışına məhdudiyyət qoyulub. Bu barədə məlumatı “Sputnik Armeniya” portalı mülki aviasiya komitəsinə istinadən saytı yayıb.

Komitənin açıqlamasında deyilir: “Ermənistanda 18-55 yaş arasındakı kişilər ölkənin sərhədlərini yalnız hərbi komissarlığın yazılı icazəsi ilə tərk edə bilərlər”.