Ermənistanda karantin rejimi 2021-ci ilədək uzadıldı

48

Ermənistan hökuməti ölkədəki karantin rejimini 2021-ci ilin 11 yanvarına qədər uzadılması ilə bağlı qərar verib.

Bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb. Məlumata əsasən, karantin müddəti bitənə qədər quru yolla ölkəyə giriş qadağan edilir.

İstisnalar yalnız diplomatlar və onların ailə üzvlərinə, o cümlədən, dəfn mərasimlərində iştirak edəcək vətəndaşlara şamil olunacaq.

Dövlətlərarası daşımaları həyata keçirən sürücülərin də giriş hüququ qüvvədə qalır.