Ermənistanda hərbi vəziyyət rejimi və səfərbərlik elan olunub

51

Ermənistan hökuməti ölkə üzrə hərbi vəziyyət rejimi və ümumi səfərbərlik elan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib.

Bildirib ki, sentyabrın 27-də Ermənistan hökumətinin iclası keçirilib. İclasda yaranmış vəziyyət müzakirə olunub.

Paşinyan ölkə üzrə hərbi vəziyyət rejiminin tətbiqi və ümumi hərbi səfərbərlik elan olunduğunu vurğulayıb.

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki separatçı rejim də “hərbi vəziyyət rejimi” tətbiq edib və 18 yaşdan yuxarı əhalini hərbi səfərbərliyə çağırıb.

Qeyd edək ki, Qarabağda erməni sakinlər arasında ciddi təşviş və vahimə yaranıb. Məktəblər qeyri-müəyyən müddətədək bağlanıb.

Separatçıların başçısı erməniləri sakitləşdirməyə çalışan bəyanatla çıxış edib.

Bəzi erməni politoloqlar yaranmış vəziyyətin erməni xalqının maraqlarına xidmət etmədiyini və bunun üçün Ermənistan hakimiyyətinin məsuliyyət daşıdığını bildiriblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri