Ermənistanda daha 28 nəfər koronavirusdan öldü

45

Bu ölkə koronavirusdan ölənlərin sayına görə dünyada 4-cü yerdədir

Ermənistanda daha 1 194 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 93 448-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 28 nəfər artaraq 1 391-ə çatıb. COVID-19 dianozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 376-ya yüksəlib. İndiyədək 56 466 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 35 215 aktiv koronavirus xəstəsi var.

Onu da bildirək ki, Ermənistan 100 min nəfərə düşən koronavirusdan ölənlərin sayına görə dünyada 4-cü yerdədir.

Bu, Avropada Xəstəliklərin Qarşısının Alınması və İdarəetmə Mərkəzinin hesabatında açıqlanıb.

Bildirilib ki, Ermənistanda 100 min nəfərə COVİD-19-dan 6,19 ölən düşür.

Bu istiqamətdə Çexiya ötən həftə 11,02 ölüm hadisəsi ilə lider olub. İkinci yerdə Andorra (7,88), 3-cü yerdə Belçika (6,81), 5-ci sırada isə Monteneqrodur (6,11).