Ermənistanda ataları döyüşə getməyən uşaqlara doğum haqqında şəhadətnamə verilməyəcək

75

Hurriyyet.org xəbər verir ki, Ermənistanda ataları Azərbaycana qarşı döyüşməyən uşaqlara daha doğum haqqında şəhadətnamə vermirlər.

“Qrarapark” adlı erməni qəzetinin yazdığına görə, hüquqşünas Robert Ayrapertyan bildirib ki, hazırda ölkədə vətəndaşların mümkün qədər çox hissəsini Azərbaycanla müharibəyə cəlb eləmək üçün hakimiyyət ən sərt metodlardan istifadə edir.

Məsələn, ailə uşağın atasının cəbhəyə könüllü getməsi barəsində arayış təqdim eləməlidir, əks halda uşaq kimliyini təsdiq edən sənədi ala bilməz.

Ayrapetyan bildirib ki, Nikol Paşinyanla onun komandası beləliklə erməni uşaqlarını və övladlarını girov götürürlər.