Ermənistanda əyalət sakinləri Paşinyanın Sünikə gəlməsinin qarşısını almağa çalışıblar

294

Ermənistanın Sünik əyalətinin bir qrup sakini baş nazir Nikol Paşinyanın əyalətə gəlişinə etiraz əlaməti olaraq aksiya keçirib.

“Report” xəbər verir ki, bu barədə “News.am” bildirib.

Qeyd edilir ki, sakinlər baş nazirin əyalətə gəlişinə mane olmağa çalışıblar. Onlar hesab edirlər ki, regionun təhlükəsizliyi məsələsi süquta uğrayıb. Sakinlər bu məsələdə Paşinyanı təqsirkar hesab edirlər.

Etirazçılar baş nazirin kortecinin yolunu bağlamağa çalışıblar.