“Ermənistana silah daşınmasının başında erməni diasporası dayanır” – İLQAR VƏLİZADƏ

90

Ermənistan Azərbaycan Respublikasının ərazilərini öz havadarlarının hərbi-siyasi dəstəyi ilə uzun illərdir işğal altında saxlayır. Cənubi Qafqaz regionunda Azərbaycan, Gürcüstan və Türkiyəyə qarşı əsassız ərazi iddiasında olan Ermənistan son illərdə silahlanma tendensiyasını davam etdirərək regional təhlükəsizliyi ciddi təhdid altında qoyur.

Ermənistana silah-sursat ötürülməsi kimlərin marağındadır və nəyə xidmət edir?

“Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə Hurriyyet.org-a açıqlamasında, Ermənistana silah daşınmasının başında erməni diasporası dayandığını deyib:

“Heç kəsə sirr deyil ki, xüsusilə Rusiyada müxtəlif “kögəli qruplar” var ki, onların marağına xidmət edir. Daha açıq desək bəzi biznesmenlərdir. Əslində, bu yeni bir şey deyil. Sadecə, müharibə olduğuna görə faktlar ortalığa çıxır. İllərdir ki, bu işbazlar müxtəlif illərdə silinmiş silah-sursatları satırlar. Onlar bu silahları müxtəlif ölkələrə satırlar. Hazırda da bu sxem işləyir. Sadecə, olaraq indi bu silahlar Ermənistana gəlir. Dəyişən bir şey yoxdur. Yenə də həmin işbazlar bu fəaliyyətlərini davam etdirir. Rusiyada bunu açıq şəkildə etmək olmadığına görə, müxtəlif ölkələrdə olan firmalar vasitəsilə həyata keçirilir. Eyni zamanda, ötən illər Rusiyanın özündə bir neçə dəfə bu tip əməliyyatlar aşkar olunub. Buna görə cinayət işləri də açılıb. Ermənistana silah daşınmasının başında erməni diasporası dayanır. Onlar, bu vasitə ilə həm pullarını silir, həm də öz bizneslərini həyata keçirirlər”.

YƏHYA