Ermənistana meteor düşdü – VİDEO

54
Ermənistanın Kotayk bölgəsinə meteor düşüb.
Bu barədə məlumatı Ermənistan Hidrometeorologiya və Monitorinq Mərkəzinin Meteoroloji xidmətinin rəhbəri Qagik Surenyan sosial şəbəkə hesabında paylaşıb.
Qagik Surenyan eyni zamanda meteorun düşmə anının video görüntüsünü də paylaşıb. Surenyan bildirib ki, müşahidə kamerasından meteorun düşdüyü yerdən bir neçə kilometr aralıda olsa da, partlayış anı aydın şəkildə əks olunub.
Qeyd olunur ki, göy cisiminin düşməsi anı İrəvan və yaxınlıqdakı digər şəhərlərin sakinləri tərəfindən də görülülüb./yeniavaz.com/