Ermənistan XİN-dən yeni QARABAĞ BƏYANATI: “Mərhələli həll planı qəbuledilməzdir”

33

Ermənistan Qarabağın öz müqəddəratını təyin etmə hüququnu nəzərdə tutmayan heç bir həll varinatını qəbul etmir”.

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan “Kommersant” qəzetinə açıqlamasında deyib.

Naqdalyanın sözlərinə görə, 2019-cu il aprelin 15-də Azərbaycan, Rusiya, Ermənistan və Minsk Qrupunun birgə açıqlamasında danışıqların ümumi konturları müəyyən olunub. O, həmin bəyanatda mərhələli həll planı barədə heç bir söz olmadığını əlavə edib.

“Ermənistan üçün münaqişənin mərhələli həlli ilə bağlı hələ 2018-ci ilə qədər təklif edilmiş mərhələli həll planı qəbuledilməzdir. 2018-ci ildən isə mərhələli həll planı ilə bağlı danışıqlar aparılmır”.

Yerevan rəsmisi qarşılıqlı kompromis və öhdəliklər əsasında münaqişənin həllinə tərəfdar olduqlarını əlavə edib.