Ermənistan XİN: Azərbaycan vətəndaşları tək şəxsiyyət vəsiqəsi ilə ölkəyə daxil ola bilərlər

486

Hurriyyet.org xəbər verir ki, Ermənistanın Xarici İşlər Nazirliyi hansı dövlətlərin vətəndaşlarının ölkəyə vizasız səfər edə biləcəyini bildirən siyahını dərc edib. Siyahıda birinci yeri Azərbaycan Respublikası tutur.

Siyahıda adları çəkilən dövlətlərin vətəndaşları göstərilən pasportlara müvafiq şəkildə, qarşılıqlılıq prinsipinə əsasən viza almaq zərurətindən azad olunurlar.

Panorama.am saytının yazdığına görə, siyahı 17 dekabr tarixində dərc olunub.

https://www.panorama.am/ru/news/2021/01/08/МИД։-Граждане-Азербайджана/2432295